EN

“Chanel”in keçmiş baş direktoru Ari Kopelman vəfat etdi

“Chanel”in keçmiş rəhbəri, amerikalı iş adamı və xeyriyyəçi Ari Kopelman vəfat edib.
 

Sfera.az bildirir ki, Ari Kopelman bu gün, oktyabrın 8-də 87 yaşında vəfat edib. Onun ölüm səbəbi məlum deyil. Ari Kopelman şirkətdə 20 ilə yaxın işləyib. 2004-cü ildə istefa verib və onun yerinə Banana Respublikasının keçmiş prezidenti Maureen Chiquet gəlib.


Qeyd edək ki, Ari Kopelman ilk dəfə “Procter & Gamble”da işə başlayıb. Bundan sonra o, 20 ildən çox “Doyle Dane Bernbach” reklam firmasında çalışıb. Orada “Heinz Ketchup” və “Chanel” kimi şirkətlərlə əməkdaşlıq edib. Uğurlu reklam kampaniyalarından sonra “Chanel” mütəxəssislə maraqlanıb, onu prezident və baş əməliyyat direktoru kimi işə götürüb.
 

Nəticədə Kopelmanın rəhbərliyi altında “Chanel” milyardlarla dollar qazanmağa başlayıb. Sahibkar diqqətini ətirlərə yönəldib və “Coco”, “Coco Mademoiselle”, “Chance”, “Allure”, “Allure for Men”, “Cristalle”, “Egoiste” və “Egoiste Platinum” ətirlərinin buraxılmasına kömək edib.

 

Aysel

Sfera.az

Chosen
17
sfera.az

1Sources