Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır.
AZXEBER.COM xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: \"Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır\".
Hökumət başçısı söyləyib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir: \"Və biz bu təhlükəsizliyə zəmanət veririk\".