EN

“Bu ay Azərbaycanla sülh sazişi imzalamağa hazırıq”

"Ermənistan oktyabrda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır və bu, onun rəsmi mövqeyidir".

Sitat.info erməni mediasına istinadən bildirir ki, Baş nazir Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında belə deyib.

O, bəyan edib ki, indi Ermənistan və Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarının olmadığının təsdiqi və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi kimi bir sıra fundamental məsələlər üzrə qərar qəbul etməlidir.

Paşinyan qeyd edib ki, Ermənistan öz ərazisində bütün kommunikasiyaları da açmağa hazırdır.

O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

Chosen
6
20
sitat.info

10Sources