EN

Salyanda avtomobil su kanalına düşüb, sürücü ölüb

Salyanda

Salyan, 8 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonunda minik avtomobilinin su kanalına aşması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ələt - Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Ruslan Nəcəfovun idarə etdiyi VAZ markalı avtomobil yoldan çıxaraq su kanalına aşıb. Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı araşdırma aparılır.

Chosen
30
2
azertag.az

3Sources