EN

Honda-nın yeni reklam kampaniyasında Ayrton Senna və Max Verstappen bir araya gəlib

F-1.az xəbər verir ki, cəmi bir dəqiqə davam edən videoda tamaşaçılar Honda ilə əməkdaşlıq edən keçmiş və indiki pilotların, eləcə də şirkətin Honda Prelude Concept elektromobili və hətta elektrik təyyarəsi də daxil olmaqla müxtəlif məhsullarının kadrlarını görəcəklər.

Videoçarxın əsas mesajını üç cümlə ilə ifadə etmək olar: “Biz təslim olmururuq. Nə qədər çox uduzsam da, bir o qədər çox öyrənirəm. Arzularım şübhələrimi kənara atır”.

1992-ci ildə Sennanın həyatından bir epizod, 2021-ci ildə Böyük Britaniya Qran Prisində Ferstappen və Lyuis Həmilton arasında baş verən toqquşmanın nəticələri, eləcə də yapon brendi ilə əlaqəli digər pilotlar da çarxda yer alıblar. Onların hamısını qələbəyə can atma və sonda istənilən çətinliyin öhdəsindən gəlməyə imkan verən iradə birləşdirir.

Videoçarx artıq müxtəlif onlayn platformalarda yayımlanıb, sabah isə onun televiziya premyerası olacaq. Bu, NFL-in Dallas Cowboys və Pittsburgh Steelers komandaları arasındakı bazar günü matçı zamanı baş tutacaq.

Chosen
30
f-1.az

1Sources