EN

Düzgün eynək seçiminin ƏHƏMİYYƏTİ – Oftalmoloq, yoxsa apteklərə müraciət edək?

Hər sahəni onun peşəkarından öyrənmək hər zaman daha məqsədəuyğun sayılıb.Əlbəttə, bu sağlamlığımızla bağlı da belədir. Çalışmalıyıq ki, orqanizmimizlə bağlı məsələləri həmin sahə üzrə professional şəxsə həvalə edək.

Məsələn, bəzi insanlar gözlərində zəiflik hiss etdikləri zaman oftalmoloqa yox, hər hansısa bir aptekin optika hissəsinə müraciət edirlər, həmin aptek şəxsin gözünü yoxladıqdan sonra ona eynək təyin edir. Bunun nə dərəcə düzgün olduğu isə müzakirə məsələsidir.

Yəni aptekdə çalışan şəxs həkim qədər düzgün diaqnoz qoya bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən oftalmoloq Qurban İsmayılov məsələyə belə münasibət bildirib:

“İri optikalarda çalışan həkim-oftalmoloqların düzgün eynək təyin etməsi mümkündür. Ancaq göz həkimi olmayan birinin diaqnoz qoyub eynək satması təbabətin qanunlarına uyğun deyil”.

Düzgün eynək təyin edilməsə, hansı problemlər yaranar?

“Eynək düzgün təyin olunmadığı zaman gözlərdə, başda ağrı, ürək bulanma, qusma, görmədə narahatlıq yarana bilər”.

Həkim həmçinin göz zəifliyi və onun yaranma növlərindən asılı müalicələrini də açıqlayıb:

“İnsan anadan olduğu andan etibarən görmə itiliyində müəyyən dəyişikliklərin olması mümkündür. Görmənin zəifləməsi əsasən refraksiyon buynuz qişaya,büllura, gözün arxa seqmentində yerləşən torlu qişaya və görmə sinirinə bağlı olaraq dəyişə bilir. Buynuz qişanın, büllurun, torlu qişanın və görmə sinirininpatologiyaları zamanı xəstənin görməsi zəifləyibsə, bu zaman eynəyin korreksiyası gözün görmə səviyyəsini artıra bilməz.

İnsanın gözündə miopia, hipermetropiya, astiqmatizm varsa, eynək korreksiyası mümkündür. İnsanın büllurunun mərkəzində bulanma olan zaman yalançı miopiya əmələ gələ bilər, bu zaman isə həkimlərin və aptekin təyin etdiyi eynəklər müvəqqəti olur”.

Qurban İsmayılov sonda qeyd edib ki, həkim 30 yaşınaqədər insanın gözünə eynək təyin etmək üçün mütləq 3 dəfə dərman tökməklə akkomadasiyanın spazmınıgötürüb, daha sonra eynək təyin etməlidir.

Chosen
14
1
turkustan.az

2Sources