EN

“Ramştayn toplantısı” təxirə salınır - Bayden Almaniyaya niyə getmir?

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun oktyabrın 12-də Almaniyanın Ramştayn aviabazasında baş tutmalı olan növbəti iclası təxirə salınır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq deyib.

O qeyd edib ki, Prezident Co Bayden “Milton” qasırğası səbəbindən Ramştayna səfərini təxirə salıb. Sinq həmçinin əlavə edib ki, şəraiti nəzərə alaraq “Ramştayn görüşü” NATO müdafiə nazirlərinin oktyabrın 17-18-də keçiriləcək görüşü ilə birləşdirilə bilər. Lakin yekun qərar hələ verilməyib.

Artıq Baydenin və ABŞ Dövlət katibi Entoni Blinkenin Alımaniyaya səfərlərinin təxirə salındığı rəsmən elan olunub. Bunu Almaniya Kansleri Olaf Şolts da təsdiqləyib.

“Ramştayn toplantısı”nın təxirə salınması ABŞ-dəki qasırğa ilə əlaqələndirilsə də, bunun başqa səbəblərinin ola biləcəyi istisna edilmir. Belə ki, Ukraynanın bu toplantıdan hərbi dəstək və silah təchizatı ilə bağlı ciddi gözləntiləri var. İclasda mühüm qərarların qəbul ediləcələyi gözlənilirdi. Ancaq göründüyü kimi, Ukraynanın Qərbdəki tərəfdaşları tələsmirlər. Bəzi analitiklər görüşün təxirə salınmasını Qərblə Rusiya arasında davam edən gizli danışıqlarla əlaqələndirirlər.

“AzPolitika.info” 

Chosen
17
5
azpolitika.info

6Sources