EN

Kapital Bankdan təhsilə dəstək: Uğurlu layihələrin maliyyələşdirilməsinə çağırış

Dünən Bakıda təşkil olunan Təhsilin İnkişafı Forumu çərçivəsində "Tədqiqatdan inkişafa gedən yol" mövzusunda panel müzakirə keçirilib.

Fins.az xəbər verir ki, müzakirələr zamanı "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə çıxış edib. O bildirib ki, böyük müştəri bazasına malik olan bankların təhsillə bağlı layihələrə dəstəyi çox önəmlidir.

F.Hidayətzadə ali təhsil müəssisələrinə çağırış edərək, öz tələbələrinin inkişafı üçün müxtəlif addımlar atmağa səsləyib. O vurğulayıb ki, seçilmiş uğurlu layihələrin maliyyələşdirilməsinə özəl sektor da dəstək ola bilər.

Fuad Mədətov
Fins.az

Chosen
12
fins.az

1Sources