EN

Kadırov immiqrantlara qarşı qadağaları tənqid edib

Yazını böyüt
Yazını kiçilt

Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın immiqrasiya siyasətini sərtləşdirməsini tənqid edib. Rusiyada bəzi qanuni təşəbbüslərin “məyusedici” olduğunu bildirən Kadırov, “qanunsuz araşdırmaların” və immiqrantlara qarşı sərt həbslərin problemi həll etməyəcəyini vurğulayıb.

Hafta.az-ın yazdığına görə, Kadırov bildirib ki, bütün əcnəbilərin kütləvi şəkildə saxlanılması miqrasiya probleminin kökünü dərk etmədən yalnız nəticələrə diqqət yetirmək deməkdir. O, əcnəbilərin kütləvi surətdə deportasiyası əvəzinə problemin köklü səbəblərini aradan qaldıraraq daha balanslaşdırılmış immiqrasiya siyasətinin yaradılmasının vacibliyini müdafiə edib.

İmmiqrasiya qanunvericiliyinin sərtləşdirilməsi 2024-cü ildə Moskva yaxınlığında baş verən terror aktından sonra gündəmə gəlib.

Bununla belə, Kadırov bəyan edib ki, bu cür hadisələr cəmiyyətdə mühacirlərə qarşı nifrəti artıracaq və vəziyyəti daha da pisləşdirəcək.

Chosen
22
hafta.az

1Sources