EN

Dünyanın ən zəngin qadın musiqiçisi bu xanımdır – Forbes açıqladı

Amerikalı pop ulduz Teylor Svift Forbes-in versiyasına görə dünyanın ən zəngin qadın musiqiçisi olub. Vətəninfo.az xəbər verir ki , jurnal bu həftə Sviftin sərvətinin 1,6 milyard ABŞ dolları təşkil etdiyi təxminlərini yeniləyib. 

Bu, Forbes jurnalına görə 1,4 milyard dollar sərvəti olan əvvəlki rekordçu Rihannanın sərvətini üstələyir. 

Müxtəlif nəşrlərə görə, 34 yaşlı Taylor Svift 2023-cü ildə Eras Dünya Turundan əldə etdiyi qazanc sayəsində milyarder olub. 

Taylor Swift Forbes-in dünya milyarderləri siyahısında 2117-ci yerdədir. Sənətçilər arasında o, sərvəti 2,5 milyard dollarla qiymətləndirilən amerikalı reper və iş adamı Cey Zdən sonra ikinci yeri tutur. 

Chosen
18
veteninfo.az

1Sources