EN

Baydendən sonra o da səfərlərini təxirə saldı

ABŞ Prezidenti Co Baydendən sonra dövlət katibi Entoni Blinken də Almaniya və Anqolaya səfərlərini təxirə salıb. 

Gundem.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə məlumatı Dövlət Departamentinin nümayəndəsi Metyu Miller açıqlayıb.

Onun sözlərinə görə, dövlət katibi Laosda Şərqi Asiya sammitində iştirak etdikdən sonra Vaşinqtona qayıdacaq. 

Xatırladaq ki, Co Bayden “Milton” qasırğasının Floridaya yaxınlaşması səbəbindən sözügedən ölkələrə səfərini ləğv edib. Dövlət Departamenti bildirib ki, ABŞ lideri təbii fəlakətlə bağlı vəziyyəti şəxsən izləmək niyyətindədir. 

Onu da qeyd edək ki, Bayden oktyabrın 10-da ABŞ-dən Almaniyaya, daha sonra isə Anqolaya getməli idi. Səfərin oktyabrın 15-nə qədər davam etməsi planlaşdırılırdı. O, Almaniyada Ukrayna ilə bağlı təmas qrupunun iclasında iştirak edəcəkdi.

Chosen
4
4
gundem.az

5Sources