EN

İki universitetimiz qlobal reytinqdə

Azərbaycanın 2 ali təhsil müəssisəsi ilk dəfə dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin reytinqi”nə daxil olub.

Publika.az xəbər verir ki, oktyabrın 9-da Birləşmiş Krallıqda keçirilən “Dünya Akademik Sammiti” çərçivəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən “THE Dünyanın ən yaxşı universitetlərinin reytinqi”nin nəticələri açıqlanıb.

İlk dəfə Azərbaycan 2 ali təhsil müəssisəsi (Bakı Dövlət Universiteti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ilə sözügedən qlobal reytinqdə təmsil olunur.

Bakı Dövlət Universiteti 2021-ci ildən etibarən ardıcıl olaraq 4-cü dəfədir ki, bu reytinqdə yer alır. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə ilk dəfədir ki, sözügedən qlobal reytinqə daxil olub.

Chosen
10
6
publika.az

7Sources