EN

Ermənistan rəsmi olaraq üçtərəfli bəyanatdan öz imzasını götürməyib - Overçuk

Ermənistan 2020-ci ildə Moskva, Bakı və İrəvan tərəfindən imzalanan və Qarabağda atəşkəs əldə olunmasına kömək edən üçtərəfli bəyannamədən rəsmən geri çəkilməyib və öz imzasını götürməyib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
 

Onun sözlərinə görə, təxminən iki ildir ki, baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində heç bir irəliləyiş olmayıb". O, "Birinci Kanal"a açıqlamasında belə deyib.


Eyni zamanda, Overçuk bildirib ki, regionda iqtisadi və nəqliyyat dəhlizlərinin blokadadan çıxarılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.

Bizim.Media

Chosen
17
bizim.media

1Sources