EN

®“Usta mənəm” müsabiqəsinin seçim turu başa çatıb

“Holcim” şirkəti tərəfindən təşkil olunan “Usta mənəm!” müsabiqəsinin son seçim turu uğurla başa çatıb.

Bu müsabiqə iyun ayında Xırdalanda, “Binastore” ərazisində başlayaraq ölkənin bütün bölgələrini əhatə edib və bu gün son seçim turu yenə Xırdalanda yekunlaşıb. Bu dörd ay ərzində təşkilatçılar ölkə üzrə seçim turları keçirib, bir çox maraqlı şəxslərlə tanış olub, yerli ustaların peşəkarlığını qiymətləndiriblər.

Əvvəlki turnirlərdə olduğu kimi, bu günün iştirakçıları da kərpicdən divarların inşası ilə bağlı tapşırıqları yerinə yetirərək, yüksək bacarıq səviyyəsini nümayiş etdiriblər. Tapşırıqlar sürət, peşəkarlıq, diqqət və dəqiqlik kimi meyarlara görə qiymətləndirilib.

Regional mərhələlərdə seçilən 28 usta böyük finalda “İlin ən yaxşı ustası” tituluna sahib olmaq üçün gərgin mübarizə aparacaq. Qalib “Pick-up” avtomobili qazanacaq.

“Usta mənəm!” müsabiqəsi “Holcim Azərbaycan” və Azad İqtisadi Zonaların İnkişafı Agentliyi yanında Peşə Təhsil Mərkəzi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunur.

“Bu, o qədər maraqlı bir layihə idi ki, biz, təşkilatçılar, bu dörd ayın necə keçdiyini hiss etmədik. Biz bütün ölkə üzrə səyahət etdik, ustaların peşəkar işlərini gördük və belə təşəbbüslərin dəstəklənməsinin vacib olduğunu təsdiqlədik”, – deyə layihənin rəhbəri Dəyanət Baxşəliyev deyib.

İndi bütün ölkə Bakıda keçiriləcək böyük finalı səbirsizliklə gözləyir, burada ilin ən yaxşı ustasının adı məlum olacaq. Finalın tarixi və yeri ilə bağlı xəbərləri izləyin və bu möhtəşəm hadisəyə qoşulun!

 

Chosen
3
7
azertag.az

8Sources