EN

Harris: Baydenin yerinə prezident olsam, ondan fərqli heç nə etmərəm

“Baydenin yerinə prezident olsam, ondan fərqli heç nə etmərəm”.

Bu barədə ABŞ-da prezidentliyə namizəd Kamala Harris ABC-də yayımlanan “The View” verilişində deyib. “Mən müəyyən təsirə malik qərarların əksəriyyətində iştirak etmişəm”, – deyə o bildirib.

Harris ABŞ lideri Cozef Baydenin iyulda prezident seçkiləri marafonundan çəkilməsini öyrəndikdən sonra ilk işinin keşişə zəng etmək olduğunu deyib. “Mənə Allahla danışmaq və dua etmək lazım idi”,- deyə Harris əlavə edib.

Qeyd edək ki ötən gün CBS telekanalı Harrisin “60 dəqiqə” verilişində müsahibəsini yayımlayıb.

Chosen
11
22
banker.az

10Sources