EN

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondun ehtiyatlarının qalığı artıb 

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fonduna qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar artıb
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun 2024-cü ilin 9 ayı ərzində verilən güzəştli kreditlərin 15,0 milyon manatının geri qaytarılması təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.


2024-cü ilin 9 ayı ərzində 10,3 milyon manat vaxtı keçmiş kreditin qaytarılması təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,1 dəfə çoxdur.

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondun ehtiyatlarının qalığı artıb
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun ehtiyatlarının qalıq məbləği 1 yanvar 2024-cü il tarixə olan 6,7 milyon manatdan 2,8 dəfə artaraq 1 oktyabr 2024-cü il tarixə 18,6 milyon manata çatıb.


Qeyd edək ki, hazırda Sahibkarlığın İnkişafı Fondu Naxçıvanda fəaliyyət göstərən 3 bank və 1 bank olmayan kredit təşkilatı ilə sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyə dəstəyindən istifadə etməsi üçün əməkdaşlıq edir, bu istiqamətdə 2 yeni kredit təşkilatı ilə işlər davam etdirilir.


Chosen
16
1
referans.az

2Sources