EN

13 yaşlı qız iki bacısını qətlə yetirdi

Rusiyanın Tolyati şəhərində on üç yaşlı qız özündən kiçik iki bacısını öldürüb və sakitcə parka gəzintiyə çıxıb. 

Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, öldürülən uşaqların cəsədlərini onların on yaşında olan digər bacısı tapıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, uşaqların valideynləri evdə olmayıb, on yaşlı qız da evdə olmayıb, kiçik bacıların himayəsi isə ailənin on üç yaşlı qızına həvalə edilib. 

Bildirilir ki, on yaşlı qız evə qayıdanda evin eyvanında qətlə yetirilən bacıların qanlı cəsədlərini tapıb.

Qeyd olunub ki, bacılarını qətlə yetirən qız hazırda polis əməkdaşları tərəfindən saxlanılıb. Valideynlər və sağ qalan on yaşlı qız şok vəziyyətindədir. 

Daşqın HəsənovMissiya.Az

Chosen
14
missiya.az

1Sources