EN

Hansı nazirliklər sorğuları ləng cavablandırır? - Sorğu

Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.

Mia.az xəbər verir ki, monitorinqin nəticələrinə əsasən, Xarici İşlər Nazirliyinə məxsus stasionar əlaqə vasitəsinə (qaynar xətti yoxdur) günün birinci və ikinci yarısında edilən zənglərin əhəmiyyətli hissəsinə - 77,3%-nə cavab verilib, 22,7%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 23 saniyə, günün ikinci yarısında 22 saniyə olub.

Maliyyə Nazirliyinin qaynar xətti üzrə (stasionar nömrəsi yoxdur) günün birinci və ikinci yarısında edilən bütün zənglərə yüksək operativliklə cavab verilib. Başqa sözlə ifadə etsək, monitorinq müddətində nazirliyin qaynar xətti üzrə cavabsız zəng qeydə alınmayıb. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 10 saniyə, günün ikinci yarısında 13 saniyə olub.

Müdafiə Nazirliyinin stasionar nömrəsinə günün birinci və ikinci yarısında edilən zənglərin 54,5%-nə cavab verilib, 45,5%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 10 saniyə, günün ikinci yarısında 3 saniyə olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kommunikasiya xətləri üzrə monitorinqin nəticələrinin təhlilinə əsasən, stasionar əlaqə vasitəsinə edilən zənglərin mütləq əksəriyyəti cavablandırılıb. Belə ki, günün birinci və ikinci yarısında cavablandırılmış zənglər 81,8%, cavabsız zənglər 18,2% təşkil edib. Günün birinci yarısında stasionar əlaqə vasitəsinə edilən zənglərə cavab vermə üzrə orta müddət 8 saniyə, günün ikinci yarısında 6 saniyə olub.

Chosen
16
37
mia.az

10Sources