EN

Britaniyanın iqlim məsələləri üzrə naziri Azərbaycana gəlib

Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti Azərbaycanda səfərdədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial platformasındakı paylaşımında bildirilib.

“İqlim dəyişikliyi ilə mübarizədə mühüm bir həftə Bakıda başlayır. Əsas diqqət COP29 danışıqlarına yekun hazırlıqlara yönələcək. Nümayəndə heyətimizə Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti rəhbərlik edir”, - Britaniya səfiri Ferqus Auld videomüraciətində bildirib.

Chosen
3
25
iqtisadiyyat.az

10Sources