EN

Avropa Parlamentində Viktor Orbana qarşı təxribat

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orbanın Avropa Parlamentindəki çıxışı zamanı ona hücum edilib.

Solçu aktivist Macarıstanın Baş nazirinin Avropa Parlamentindəki çıxışını kəsməyə cəhd edib.

"Magyar Nemzet" (MN) qəzetinin yazdığına görə, Macarıstanın "Demokratik koalisiya" partiyasının gənclər qanadının üzvü Marton Qekiçki Orbanın çıxışı zamanı konfrans zalına qaçaraq qışqırıb: "Macarıstan ilə Avropa İttifaqını satmaq üçün Putinlə Cinpindən nə qədər almısan?"

Viktor Orbana hücum edən qanunpozucusu mühafizəçilər tərəfindən saxlanılıb. 

Hürr Tərcüman

 

 

Chosen
12
hurriyyet.az

1Sources