EN

Ter-Ştegenin yoxluğunda bundestimin qapısını kim qoruyacaq?

Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann qarşıdakı oyunlarda qapını kimin qoruyacağı barədə açıqlamalar verib.

Məlum olduğu kimi əfsanəvi Manuel Noyer artıq yığma karyerasını başa vurub. Noyerin yoxluğunda uzun müddət onunla rəqabət aparan və ikinci qapıçı statusu ilə barışmaq istəməyən Mark Andre Ter-Ştegenin nəhayət, əsas qapıçı olacağı gözlənilirdi. Amma bilindiyi kimi ''Barselona''nın qapıçısı ağır zədə alaraq bir neçə aylığa sıradan çıxıb. Naqelsmannı dinləyək:

''Oliver Baumann və Aleks Nübel dəfələrlə yığmaya dəvət alıb. Xüsusilə Baumann mövsümün əvvəlində ''Hoffenhaym''ın heyətində həm bundesliqada, həm də avrokuboklarda yaxşı oyunlar keçirdi. O ən azı şans qazanmağa layiqdi və bu şansı ona verəcəyik. Amma hələ də hansı qapıçının nə qədər oynayacağına, rotasiya edib-etməyəcəyimə qərar verməmişəm. Yanis Blasvixi də unutmamalıyıq. ''Zaltsburq'' ilə ÇL-də çıxış edir. Hələ ki, 3-cü qapıçı statusuna ən ideal namizəd odu. Ter-Ştegen isə bizim üçün bir nömrə olaraq qalacaq. Onun üçün həqiqətən çox çətin bir durum yaranıb. Çünki yığmanın əsas qapıçısına çevriləcəyi anı səbirsizliklə gözləyirdi. Belə fürsət əlinə düşən kimi isə ağır zədə aldı. Üzgün olsa da, hisslərini cilovlamağı bacarır. Əminəm ki, əvvəlkindən də güclü şəkildə geri dönəcək. Ter-Ştegen mundialın startına bir il qalmışdan daha tez dönsə, bizim əsas qapıçımız statusunda olmaqda davam edəcək''.

ƏLİ
Chosen
8
1
football-plus.az

2Sources