EN

DƏMX Böyük Britaniyada keçirilən müsabiqədə texnoloji həllər üzrə növbəti beynəlxalq mükafata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) növbəti beynəlxalq uğurunu qazanıb.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, qurum bu dəfə Böyük Britaniyanın “Innovation in Business” təşkilatının 2024-cü il üzrə "Texnoloji İnnovator” müsabiqəsində "2024-cü ilin Əmək Münasibətləri Elektron Altsistem Həlləri Təminatçısı" adına layiq görülüb.
 
Xidmətin son bir ildəki fəaliyyəti, Əmək və Məşğulluq Altsistemi (ƏMAS) barədə təqdim edilən məlumatlar müsabiqənin tədqiqat komandası tərəfindən yüksək qiymətləndirilib.

Müsabiqənin əsas məqsədi texnologiya, media və korporativ innovasiyalar sahəsindəki yenilikləri işıqlandırmaq və ictimaiyyətə təqdim etməkdir. 

Qeyd edək ki, bu DƏMX-in 2024-cü ildə layiq görüldüyü sayca 4-cü beynəlxalq mükafatdır.

Chosen
7
1
qaziler.az

2Sources