İngiltərənin "Liverpul" klubunun sabiq baş məşqçisi Yurgen Klopp özünə yeni iş tapıb.
Sfera.az xəbər verir ki, 57 yaşlı mütəxəssis "Red Bull" şirkətində futbol bölməsinin rəhbəri olub.
Y.Klopp "Leyptsiq", "Zaltsburq", "Nyu-York Red Bulls" klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq. Onunla uzunmüddətli müqavilə bağlandığı qeyd edilir.
O, vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-də başlayacaq və Almaniya millisinin baş məşqçisi postuna dəvət ediləcəyi təqdirdə müqaviləni pozmaq hüququna malik olacaq.
Qeyd edək ki, 2015-ci ildən "Liverpul" komandasına rəhbərlik edən Y.Klopp ötən mövsümün sonunda postundan ayrılıb.