EN

“Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə “Azərbaycanı kəşf et!” layihəsinin növbəti tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”elan edilməsi münasibətilə Misirin Qalubiyyə şəhərində “Azərbaycanıkəşf et!” (“Discover Azerbaijan!”) layihəsinin 4-cü tədbirikeçirilib.

Trend xəbər verir ki,Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qahirə şəhərindəyaşayan diaspor fəalı Dr. Sədaqət Əliəşrəfin təşəbbüsü ilə baştutan tədbirə yerli ictimaiyyətin tanınmış şəxsləri, nüfuzluşirkətlərin və media qurumlarının rəhbərləri, "Passion Zone"Akademiyasının tələbələri, "Azərbaycanı kəşf et!" layihəsininiştirakçıları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar qatılıb.

Tədbir Azərbaycan və Misirin Dövlət himnlərinin səsləndirilməsiilə başlayıb. Qonaqları salamlayan “Azərbaycanı kəşf et!”layihəsinin rəhbəri Dr. Sədaqət Əliəşrəf ölkələrimiz arasındaqarşılıqlı hörmət və maraq əsasında dostluq münasibətlərininqurulmasını sevindirici hal kimi dəyərləndirib. O, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin cari ilin iyunun 7-dəMisir Ərəb Respublikasına rəsmi səfərini xatırladıb. MisirdəkiAzərbaycan diasporunun bu dostluğun və əməkdaşlığın daha damöhkəmləndirilməsi üçün inamla fəaliyyət göstərdiyini bildirib.“Azərbaycanı kəşf et” layihəsinin də buna bir nümunə olduğunusöyləyən Dr. Sədaqət Əliəşrəf verilən dəstəyə görə Diasporla İşüzrə Dövlət Komitəsinə təşəkkür edib.

"Passoin Zone" Akademiyasının sahibi və rəhbəri olan Dr. AmalSüleyman çıxışında ölkələrimiz arasında əlaqələrin qədim tarixəmalik olduğunu, “Azərbaycanı kəşf et!” layihəsinin Misirdətanındığını və maraqla qarşılandığını vurğulayıb.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya ŞurasınınMisir üzrə koordinatoru Səbinə Səmədova layihə çərçivəsində 2024-cüilin aprel ayında Qahirədəki "Pioneer Integrated school" və"Seyidna Hadija" adına məktəblərdə olduqlarını, qaliblərəşəhadətnamələr, hədiyyələr təqdim etdiklərini bildirib. O,layihənin bu ilin sonuna kimi bütün Misirdə keçiriləcəyini diqqətəçatdırıb.

Tədbir çərçivəsində Azərbaycan dilində müxtəlif şeirlər vəmusiqilər səsləndirilib. Misirin Ayn Şəms Universitetinin Tibbfakültəsində təhsil alan azərbaycanlı gənc, diaspor fəalı SandiSalem iştirakçılar arasında Azərbaycan haqqında viktorina keçiribvə uşaqlar üçün əyləncəli proqram təqdim edib.

Sonda 25 nəfər qalib müxtəlif suvenirlərlə, şəhadətnamələrləmükafatlandırılıb.

“Yaşıl
“Yaşıl
“Yaşıl
“Yaşıl
Chosen
29
2
az.trend.az

3Sources