Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 462 851 "ASAN İmza" elektron imza sertifikatı verilib.
Bu barədə "Operativ Media"ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 58,7 % çoxdur.
Hesabat dövründə "ASAN İmza" 286 973 müraciət üzrə təqdim olunub ki, bu da, illik müqayisədə 49,7 % çoxdur.