EN

​​​​​​​Gəncədə taksi sürücüsü bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, şəhər ərazisində 1993-cü il təvəllüdlü İ.Həsənov bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Söyüşə görə baş verən davanın bıçaqlanma ilə nəticələndiyi bildirilir. Bıçaqlanan və hadisəni törədən şəxslər taksi fəaliyyəti ilə məşğul olur.

Faktla bağlı araşdırma aparılır.(apa)

Chosen
12
9
konkret.az

10Sources