Ağstafa şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, evin mətbəxinin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.
Bundan başqa yanğın nəticəsində 2 ədəd soyuducu, 1 ədəd stol, mebel və 2 ədəd pəncərə yanıb. Hadisə yerinə Ağstafa Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu