Oktyabrın 9-da Kamçatkanın cənub və mərkəzi bölgələrinə qar yağıb.
Publika.az "RAI Kamçatka-İnform"a istinadən xəbər verir ki, Oxot dənizi siklonu bölgəyə qış havası gətirib.
Bəzi yerlərdə leysan yağışın sulu qarla əvəzləndiyi bildirilib.
Regionun paytaxtı Petropavlovsk-Kamçatskinin bəzi rayonlarının sakinləri də yüngül qar yağmasını müşahidə ediblər.
"Amur Maş" teleqram kanalının məlumatına görə, oxşar hava Xabarovsk diyarının şimalında müşahidə olunub və Primoryedə şaxta düşüb.