EN

Salahla De Bröyne komanda yoldaşı ola bilərlər

"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah və "Mançester Siti"nin mərkəz yarımmüdafiəçisi Kevin De Bröyne komanda yoldaşı ola bilərlər.

Fanat.Az xəbər verir ki, məlumatı "TBRFootball" yayıb.

Xəbərə görə, sözügedən oyunçuların gələn ildən MLS-də oynamağı planlaşdıran ABŞ təmsilçisi "San-Dieqo"nun sıralarına cəlb edilmələri gündəmdədir. Mənbə sözügedən klubun sahibi Məhəmməd Mansurun Salahla De Bröynenin heyətə qatılmasını vacib saydığını və onların maliyyə tələblərini qarşılamağa hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, hər oyunçunun klubları ilə müqavilələrinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Nihat

Chosen
5
fanat.az

1Sources