EN

Müşfiqabad sakinləri 3 gündür susuz qalıb - ŞİKAYƏT

Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinə üç gündür ki, su verilmir.

Bu barədə Bakupost.az -a qəsəbədə yaşayan yazıçı Şərif Ağayar məlumat verib.

Onun sözlərinə görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxlamağa çalışsalar da, telefonları cavab verilmir.

Sakinlər içməli suyu pulla almaq məcburiyyətində qalıblar.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bakupost.az -a bildiriblər ki, qəsəbəyə suyun verilməsi tezliklə bərpa olunacaq:

"Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində çökmə baş verdiyinə görə aparılan təmir işləri başa çatıb. Hazırda suyun durulma prosesi gedir. Axşam saatlarına qədər suyun ərazilərə verilməsi bərpa olunacaq".

Zaur, BakuPost
Chosen
687
bakupost.az

1Sources