EN

“Beşiktaş”da növbəti zədə problemi

"Beşiktaş"ın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Qabriel Paulista zədələnib.

Bunu klubun mətbuat xidməti açıqlayıb. Braziliyalı futbolçu Super Liqanın 8-ci turunun "Qaziantep"lə matçında (1:1) ayaq əzələsindən xəsarət alıb.

Mərkəz müdafiəçisi komandasına 3 həftə kömək edə bilməyəcək.

Qeyd edək ki, "Beşiktaş" Qabriel Paulistanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib.

İngiltərə millisində ilin futbolçusu seçilib

İspaniya millisinin üzvü sıx qrafikdən narazıdır

Kloppun yeni iş yeri bəlli olub

Mourinyo onu istəmir: "Fənərbaxça"dan gözlənilməz qərar

“Yanq Boyz”da gözlənilən ayrılıq

Chosen
33
apasport.az

1Sources