EN

“Yubiley münasibəti ilə keçirilən mərasimdən çox razı qaldım” – Vidadi Əhmədov “Turan Tovuz”a nə arzuladı?

“Turan Tovuz”un təsisçisi və ilk prezindenti Vidadi Əhmədova 70 illik yubileyi münasibəti ilə xatirə hədiyyəsi təqdim olunub.

“Turan Tovuz” - “Zirə” oyunundan öncə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev Vidadi Əhmədovu yubiley münasibəti ilə təbrik edib, ona komandanın 70 nömrəli formasını təqdim edib. Oyundan əvvəl də bu münasibətlə tədbir keçirili.

“Turan Tovuz”u cari mövsümün sonunda harda görmək istəyirsiz? Klubun 70 illiyinizi bu şəkildə qeyd etməsindən razı qaldızmı? Bu sualları Vidadi bəyə ünvanladıq:

“Turan Tovuz”u mükafata layiq olan yerlərdə görmək istəyirəm. Yubiley münasibəti ilə keçirilən mərasimdən çox razı qaldım. Mənə diqqət ayırdıqlarına görə təşəkkür edirəm. Belə tədbirlərin keçirilməsi futbolumuzun inkşafına təkan verər”.


ƏSƏD SEYİDOV
Chosen
28
football-plus.az

1Sources