EN

Kennedi ailəsinin ən yaşlı üzvü xəstəxanaya yerləşdirildi


ABŞ-də Kennedi ailəsinin yaşayan ən yaşlı üzvü olan 96 yaşlı Etel Kennedi insult keçirərək xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.
Bildirilir ki, yaşlı qadın ötən cümə axşamı səhər yuxusunda insult keçirib.
“O, özünü rahat hiss edir, ən yaxşı qayğını görür və ailəsi ilə əhatə olunub. O, bildiyiniz kimi, heyrətamiz dərəcədə dolu həyat yaşamış güclü qadındır”, – Etelin qızı Kerri sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Etel prezident Con Kennedinin gəlini Robert Kennedinin yoldaşı olub və bu yaxınlarda prezidentlik kampaniyasını başa vuraraq Donald Trampı dəstəkləyən kiçik Robert Kennedinin anasıdır.
Chosen
25
yeniavaz.com

1Sources