“Neftçi” legioner futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, kolumbiyalı hücumçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı cari mövsüm iştirak ərizəsinə salınmamışdı.