EN

Türkiyə “Orta Asiya” sözündən imtina etdi, “Türküstan”la əvəz olundu –QƏRAR

Türkiyə məktəblərində yeni kurrikulumda “Orta Asiya” anlayışı “Türküstan” anlayışı ilə əvəz olunacaq.

Azpost.info bildirir ki, bu barədə Türkiyə Təhsil Nazirliyi bəyan edib.

Türk professor Əhməd Taşagılın sözlərinə görə, rus işğalı nəticəsində Türküstanın yerinə “Orta Asiya” anlayışı işlədilməyə başlanıb. Türküstan İranın Xorasan bölgəsindən başlayır, Pamirin şimal ətəklərindən və Əfqanıstanın şimalı daxil olmaqla Hindukuş-Kunlun dağlarından Çinin Donq Huanq bölgəsinə qədər uzanır. Oradan isə Mancuriyanın cənubu, Cənubi Sibir və Ural dağları da daxil olmaqla qərbə çatır.

Türküstan Volqa çayının Xəzər dənizinə çatdığı nöqtəyə qədər uzanan dağlarla əhatə olunmuş geniş ərazini əhatə edir.

Chosen
27
azpost.info

1Sources