EN

MS Premyer-Liqaya qalib gəldi

Bir neçə gün əvvəl “Mançester Siti”nin ağır sanksiyalara məruz qala biləcəyi haqda səslənən ehtimala böyük ölçüdə kölgə düşüb.

Səbəb sadədi: klub maliyyə pozuntuları ilə bağlı keçirilən məhkəmədə İngiltərə Premyer-Liqasına qalib gəlib.

Ümumiyyətlə, uzun müddətdi MS-nin “maliyyə feyr-pleyi” qaydalarını pozduğu iddia olunurdu. Kluba qarşı 115 ittihamla bağlı iş açılmışdı. Oktyabrın 7-də oduqca dolaşıq və mürəkkəb məsələ ilə bağlı məhkəmə iclası keçirilib. Məhkəmə müəyyən edib ki, həm orijinal, həm də hazırkı dəyişdirilmiş APT qaydaları Böyük Britaniyanın rəqabət qanununu və prosessual ədalətlilik tələblərini pozur. Araşdırmalar nəticəsində Premyer-Liqanın hakim mövqeyindən sui-istifadə etdiyi aşkarlanıb. Məhkəmə liqa rəhbərliyinin öz qərarlarını prosedur cəhətdən ədalətsiz qəbul etdiyi qənaətinə gəlib.

Chosen
27
football-plus.az

1Sources