EN

İsrail İrana “Yom Kippur” dini bayramı zamanı cavab zərbəsi endirə bilər

İsrail Dövlət Müdafiə Ordusu “Yom Kippur” dini bayramı zamanı İrana cavab zərbəsi endirə bilər.

“NBC News” kanalının adı açıqlanmayan mənbələrinə görə, ABŞ-ın İrana gözlənilən zərbə ilə bağlı məlumatı olmasına baxmayaraq, İsrail tərəfi hələlik konkret tarixləri açıqlamayıb. Həmçinin qeyd olunur ki, Vaşinqton Tehrana qarşı sərt sanksiyalar tətbiq etməklə İsraili dəstəkləyəcək.

Xatırladaq ki, İsrail oktyabrın ilk günü İran tərəfindən kütləvi raket hücumuna məruz qalmışdı.

//Samir Qurbanov, Editor.az

Chosen
23
editor.az

1Sources