EN

"Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR

Kontakt Home

Logistik əməliyyatlar üzrə mütəxəssis

Son tarix 31 okt 2024 - Müraciət et

Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır. 15 ildən artıqdır ki, güclü nüfuzumuzun əsasını təşkil edən dürüst xidmət və “ən yaxşı” olmaq məqsədi ilə irəliləməkdəyik.  Kontakt Home hazırda 44 filial və 1 onlayn mağaza ilə nəinki Azərbaycanın, hətta Qafqaz regionunun ən böyük elektronika və mebel şəbəkələrindən biri olaraq sevindirməyə davam edir. “Kontakt – Sevindirir” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik. Komanda üzvlərimiz arasından mükəmməlliyi və parlaqlığı seçərək  karyera yüksəlişini təmin etməyimiz daim qürurlandığımız cəhətimizdir.  Böyük komandamıza qoşulmaq istəyənlər üçün isə sağlam və pozitiv korporativ mühit, qarşılıqlı etibar, güclü və zəngin iş təcrübəsi vəd edirik!

Vəzifə öhdəlikləri:

  • Aidiyyəti şöbələrdən daxil olan məlumatlar əsasında daşınacaq yüklərin siyahısının tərtib edilməsi;
  • Yükə aid məlumatların toplanması, xüsusi cədvəldə və daxili əməliyyat sistemində qeydiyyatın aparılması;
  • Sifarişçi və təchizatçıdan yük barədə dəqiq məlumatların alınması, sifarişə aid müşayiətedici sənədlərin toplanması və düzgünlüyünün yoxlanılması, sənədlərin arxivləşdirilməsi;
  • Sifarişçi, təchizatçı, daşıyıcı və digər əlaqəli şəxslərlə, şöbələrlə yazışmaların aparılması. Habelə, telefon danışıqlarının və video zəng vasitəsilə danışıqların aparılması;
  • Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün lazımi sənədlərin toplanıb, tam həcmdə və təyin olunmuş zaman kəsiyində aidiyyəti əməkdaşlara təqdim edilməsi;
  • Daşınmanın maneəsiz həyata keçirilməsi üçün lazımi sənədlərin hazırlanıb, aidiyyatı tərəfə təqdim olunması;
  • Digər şöbələrdən həmçinin prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular cavablandırılması və məlumatların təqdim olunması;
  • Yük yolda olduğu müddətdə daşınmanı izləmək və yenilənmiş məlumatlar əsasında qeydiyyat cədvəllərində dəyişikliklərin edilməsi;
  • Şöbə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi həmçinin hesabatların hazırlanması.

Tələblər:

  • Ali təhsil (Texniki və İqtisadi sahələr üzrə arzuolunandır);
  • Səlis Azərbaycan və Rus dili bilikləri, ingilis dili arzuolunandır;
  • MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
  • Verilən tapşırıqları təyin olunmuş zaman kəsiyində icra etmək, yaranmış problemləri operativ həll etmək, eləcə də yüksək ünsiyyət bacarığı;
  • Punktuallıq və detallara diqqət etmə bacarığı;
  • Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri;
  • Coğrafi biliklər;
  • İncoterms bilikləri və beynəlxalq daşımaçılıq sahəsində biliklərin olması.
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Proqram təminatı üzrə mühəndis (Backend developer)

 Son tarix 31 okt 2024 Müraciət et

Təsvir:

  • Yeni proqram təminatı və modulların yazılması;
  • Kodlaşdırma zamanı qəbul edilmiş prinsip və standartların (Best Practices) nəzərə alınması;
  • Proses zamanı qarşıya çıxan problemlərin analizi və aradan qaldırılması;
  • Yazılmış hər bir modul və ya həllin müvafiq testlərlə dəstəklənməsi;
  • Sənədləşdirmə və mövcud sənədləşdirmənin təkmilləşdirilməsi;
  • Proqram təminatının daha sonrakı mərhələlərdə dəstəklənməsi.

Tələblər:

  • OOP və Design Pattern-lərlə nəzəri və praktiki biliklər;
  • ASP.NET CORE(.NET 5+), RESTful API’s, ORM’s(EF Core, Dapper);
  • SQL və SQL SERVER RDBMS-lə praktiki təcrübə;
  • Git SCM -lə işləmə bacarığı;
  • Unit və inteqrasiya testləri yazmaq bacarığı;
  • Minimum texniki səviyyədə ingilis dili biliyi. 

İş şəraiti:

  • İş qrafiki: I-V günləri.

Qeyd olunan tələblərə uyğun namizədlər qeyd edilən linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Chosen
45
fed.az

1Sources