EN

“Beşiktaş”da ciddi itki

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Qabriel Paulista sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Braziliyalı futbolçu Super Liqanın 8-ci turunun "Qaziantep"lə səfər matçında (1:1) ayaq əzələsindən zədələnib. 33 yaşlı mərkəz müdafiəçisi 3 həftə komandaya kömək edə bilməyəcək.


Qeyd edək ki, "Beşiktaş" Qabriel Paulistanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib. Təcrübəli oyunçu "qara qartallar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
6
3
bizim.media

5Sources