Çinin əsas fond indeksləri, ölkə hakimiyyətinin yaxınlarda elan etdiyi iqtisadi stimullaşdırma tədbirləri ilə bağlı investorların narahatlıqları səbəbindən kəskin eniş yaşayıb. Şanxay "Kompozit İndeksi" 6,6%, Shenzhen Kompozit İndeksi 8,1%, CSI 300 Kompozit İndeksi 7%, Honq Konqun "Hang" Seng indeksi isə 1,3% ucuzlaşıb. Eyni zamanda, bu gün, oktyabrın 9-da Asiya indekslərinin qalan hissəsi orta müsbət dinamika nümayiş etdirib: Yaponiyanın "Nikkei" 225 indeksi 0,9% əlavə edib, Hindistanın "Bombay Sensex" indeksi 0,4%, "Taiwan SE" isə 0,2% artıb.
Valyuta.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Analitiklər Çin indekslərinin aşağı düşməsini Çin Mərkəzi Bankının sentyabrın sonunda təqdim etdiyi iqtisadi stimullaşdırma planı ilə bağlı investorların qeyri-müəyyənliyi ilə əlaqələndirirlər. Nəşrdən sonrakı ilk günlərdə investorlar plana nikbin baxırdılar, lakin indi həyata keçirilməsinin ilk təfərrüatları ortaya çıxmağa başladığı üçün nikbinlik öz yerini qeyri-müəyyənliyə verib.
Keçən həftə "Nikkei" tərəfindən sorğu edilən Çin iqtisadçıları artıq 2024-cü ilin sonunda Çinin ÜDM-i ilə bağlı proqnozlarını aşağı salıblar. Əgər iyulda onların ÜDM-in artımı ilə bağlı konsensus proqnozu 4,9% idisə, indi bu, 4,8% təşkil edir. "IG broker" firmasının analitiki Yep Çun Ron deyib: "Stimal tədbirlərinin qeyri-adekvatlığı narahatlığa səbəb oldu və bir çox bazar iştirakçıları Mərkəzi Bankın fiskal tədbirlərinin ardınca hökumətin fiskal yumşaldıcı tədbirlər görəcəyinə ümid edirlər".
Paşa Məmmədli