EN

Raul "Kastilya"dan ayrılır

"Real Madrid"in keçmiş forvardı, hazırda isə gənc məşqçisi Raul Qonzales cari mövsümün sonunda “Kastilya”nı tərk edəcək.

90deqiqe.Az-ın “Marca”ya istinadən məlumatına görə, 47 yaşlı mütəxəssisi də "Real"ın sabiq futbolçusu Alvaro Arbeloa əvəz edəcək.

Alvaro hazırda "Real Madrid"in 19 yaşadək futbolçulardan ibarət komandasında çalışır.

Əvvəllər mətbuatda Raulun “Şalke”yə başçılıq edəcəyi ilə bağlı xəbərlər yayılmışdı, lakin alman klubuna təyinat reallaşmadı.

Xatırladaq ki, Qonzales 2018-ci ildən məşqçilik edir. Bütün bu illər ərzində o, “Real Madrid”in strukturunda çalışıb, əvvəlcə gənclərlə işləyib, sonra isə 2019-cu ildən “Kastilya”ya rəhbərlik edir

 

Chosen
25
90deqiqe.az

1Sources