EN

Ukraynalı idmançı bir illik CƏZALANDI

Ukraynalı biatlonçu Vika Semerenko 1 illik diskvalifikasiya olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Milli Antidopinq Mərkəzi məlumat yayıb. 

38 yaşlı idmançı bir il ərzində 3 dopinq-testdən keçmədiyi üçün cəzaya məruz qalıb. Diskvalifikasiya müddəti 2024-cü ilin martından hesablanacaq. 

Qeyd edək ki, Semerenko Soçi-2014 Qış Olimpiadasında estafet yarışlarının qızıl medalını qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
8
3
bizim.media

4Sources