EN

BDU-nin ən yaşlı tələbəsi I kursda oxuyur - FOTO

Bakı Dövlət Universitetinin (BDU) ən yaşlı tələbəsinin adı açıqlanıb.

Modern.az xəbər verir ki, BDU-nun mətbuat xidmətindən bildirlib ki, 51 yaşlı Anaxanım Dadaşeva I kurs tələbəsidir.
 

“Əzmi ilə heyrət doğuran Anaxanım Dadaşeva qadın üçün çətin sayılan bir peşəyə sahib olmaqdan ötrü 51 yaşında böyük həvəslə ali təhsil alır. “Oxumaq heç vaxt gec deyil” ifadəsi sanki onun boyuna biçilib”, -deyə BDU-dan ən yaşlı tələbə haqda qeyd edilib.
 

Anaxanım Dadaşeva BDU-nun Geologiya fakültəsinin “Mədən mühəndisliyi” ixtisasının I kurs tələbəsidir.

Chosen
25
modern.az

1Sources