EN

“Sabah” ilk oyunda məğlub oldu

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda ilk oyununa çıxıb.

Msport.az xəbər verir ki, son ölkə çempionu G qrupunda Belçikanın “Spiru” kollektivi ilə üz-üzə gəlib. “Dome Şarlerua” arenasında keçirilən qarşılaşma rəqibin 82:81 (24:26, 25:16, 18:20, 15:19) hesablı qələbəsi ilə yekunlaşıb.

Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda qrupun digər görüşlərində Yunanıstanın “Marussi” və İsveçin “Norrçepinq Dolfins” klublarını sınağa çəkəcək.

Chosen
9
3
msport.az

4Sources