EN

Bakıda 16 yaşlı qızı motosikletlə vuraraq iflic edən şəxs: "Özümdə günah görmürəm"

Bakının Əhmədli qəsəbəsində motosiklet qəzası 16 yaşlı qızı iflic edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 6 ay öncə məşğələdən qayıdan Fidan Abbasovanı motosiklet vurub.

"Kitabımı unutmuşdum, yolu qaçaraq keçdim. Bu zaman məni motosiklet vurdu. Əlimlə ayağımı yoxladım, gördüm ki, hiss etmirəm. Xəstəxanaya çatdırılanda məlum oldu ki, onurğam bir neçə yerdən qırılıb, daxili orqanlarım xəsarət alıb. Lakin əməliyyatdan sonra anama dedilər ki, mən bir daha yeriyə bilməyəcəyəm. Hətta aldığım xəsarətlərdən gələcəkdə ana olma şansım yoxdur" , - deyə F.Abbasova bildirib.

Zərərçəkənin anası Nailə Xəlilovanın sözlərinə görə, övladını vuran şəxs Mirpaşa Məmmədov ərazidəki şəxslərə sürətinin yüksək olduğunu və saxlayarsa, özünün xəsarət ala biləcəyini deyib. O, motosikletini götürərək ərazidən uzaqlaşıb.

Mirpaşa Məmmədovun sözlərinə görə, bədbəxt hadisədən özünü günahlandırmır:

"Axşam saatları idi. Ərazidə piyada xətti yox idi. Qız qəfildən yoluma çıxdı. Özüm də xəsarət almışam".

Faktla bağlı müvafiq maddə ilə cinayət işi başlanılıb.

Ətraflı Real TV-nin süjetində:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
51
12
milli.az

10Sources