EN

Çində 5 min illik nefrit əjdahaları tapılıb

Yazını böyüt
Yazını kiçilt

Arxeoloqlar Daxili Monqolustanda Daş Dövrünə aid 100-dən çox nefrit artefaktı taparaq Çin sivilizasiyasının mənşəyinə daha çox işıq saldılar.

Hafta.az-ın Sinxua-ya istinadən yazdığına görə, Çifenq şəhərindəki Yuanbaoshan qazıntı sahəsindən çıxarılan artefaktlar arasında hər birinin yaşı 5 min ildən çox olan, müxtəlif rəng və ölçülərdə olan üç nefrit əjdahası da var.

Xurma boyda və zümrüd yaşılı nefrit əjdahasının Çinin şimalında aşkar edilən nümunələr arasında ən böyüyü olduğunu bildirilir. Bu “donuz başlı əjdahalar” mifoloji məxluqun daha müasir təsvirlərindən xeyli fərqlənir. Əjdahalar bir vaxtlar Daxili Monqolustanda və yaxınlıqdakı Lyaoning və Hebey əyalətlərində çiçəklənən Daş Dövrünün Honqşan mədəniyyəti ilə əlaqələndirilir.

Bu qədim mədəniyyət, xüsusilə dəfn mərasimlərində istifadə üçün dünyanın ən qədim nefrit artefaktlarından bəzilərini hazırladığı bilinir.

Daxili Monqolustan Mədəni Reliktlər və Arxeologiya İnstitutunun direktoru Sun Cinsong, “Archology News”a bildirib ki, "Kəşf edilmiş nefrit artefaktlarının müxtəlifliyi bu qədim sivilizasiyanın istifadəsinə dair biliklərimizdəki mühüm boşluqları doldurur".

Qazıntı yerindən tapılan insan qalıqları və saxsı qablar, artefaktların həqiqətən də Honşan mədəniyyətinə aid olduğunu göstərir.

Hazırda Honşan mədəniyyətinə aid 1100-dən çox arxeoloji obyekt qazılıb. İşlərin böyük hissəsi Daxili Monqolustanın cənub-şərqində və qərbi Lyaoninqdə aparılıb.

Son qazıntı zamanı aşkarlanan kurqan Daxili Monqolustanda Honşan mədəniyyəti ilə əlaqəli olanlar arasında bu günə qədər tapılmış ən böyüyüdür.

İnsanlarla kainat arasında əlaqə tapmaq üçün istifadə edilən Çin sənəti olan feng shui-nin ən erkən nümunələrindən bəziləri də bu mədəniyyətə aid qazıntı sahələrində tapılıb.

Chosen
45
13
hafta.az

10Sources