EN

QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə bağlı informasiya sessiyası təşkil olunub

Oktyabrın 9-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən QHT-lər üçün COP29-da Yaşıl Bölgə ilə əlaqədar informasiya sessiyası keçirilib.


AZƏRTAC xəbər verir ki, sessiyada COP29 Təşkilat Komitəsinin üzvü, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Proqramlaşdırma komitəsinin üzvü Murad Növbərov və digər məsul şəxslər mövzu ətrafında müzakirələr aparıblar.

Həmçinin 50-dən artıq QHT nümayəndəsinin iştirak etdiyi informasiya sessiyasında Yaşıl Bölgədə olacaq QHT-lər üçün yaradılan imkanlar mövzusunda məlumatlar verilib, QHT-lərin sualları cavablandırılıb.

Chosen
5
8
ekologiya.az

9Sources