EN

Yüksək Liqada 6 komanda iştirak edəcək

Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, İK üzvləri Yüksək Liqanın 2024-2025-ci il mövsümündə iştirak edəcək komandaların siyahısını təsdiqləyib. 

Cari çempionatda 6 komanda – “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Yasamal Bakı”, U-19 və “Şuşa” – iştirak edəcək. 

Mövsümün püşkü oktyabrın 15-də, saat 14:00-da AFFA-nın konfrans zalında atılacaq. I turun oyunları oktyabrın 22-də keçiriləcək.

Birinci Liqada isə 12 komanda iştirak edəcək. Oyunlara oktyabrın 20-də start veriləcək.

Yay "transfer pəncərəsi” oktyabrın 21-i, saat 23:59-da bağlanacaq.

Chosen
2
13
fanat.az

10Sources