EN

Azərbaycanda həyat sığortasında “zərərlilik” kəskin yüksəlib

Azərbaycanda həyat sığortası üzrə ödənişlərin artması zərərlilik əmsalı yüksəlməyə başlayıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sığortaçılar 2024-cü ilin ilk səkkiz ayında həyatın yaşam sığortası üzrə 417.5 milyon manatlıq sığorta haqları yığımı əldə etdikləri halda, 329 milyon manatlıq ödənişlər ediblər.

Bu da illik müqayisədə həyatın yaşam sığortasında premyaları 17%, ödənişlər isə 70% yüksəlib.

Nəticədə, həyatın yaşam sığortası üzrə zərərlilik nisbəti 2023-cü ildə 54% olduğu halda, cari ilin ilk səkkiz ayında 79%-ə qədər yüksəliblər.

 

2024-cü ilin ilk səkkiz ayında sığorta şirkətlərinin yığım və ödənişləri, mln manat
Şirkətin adıYığımÖdənişZərərlilik nisbət
“Atəşgah Həyat” Sığorta Şirkəti         57.53         34.4560%
“Paşa Həyat Sığorta”        414.86        290.4770%
“Qala Həyat” Sığorta Şirkəti         17.55           3.3119%
“Xalq Həyat” Sığorta Şirkəti           6.53           4.3066%
Meqa Həyat Sığorta           6.05           0.7012%

 

Chosen
191
50
banker.az

10Sources