EN

“Azərbaycanda 7 qiqavat gücündə investisiya layihələri icra olunur”

Enerji ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olub, lakin enerji məfhumu, ənənəvi yanacaq mənbələrindən artıq bərpa olunan mənbələrinə keçməkdədir. Azərbaycan bu sahədə öz neft və qaz ixracı ilə yanaşı,  artıq yaşıl elektirik enerjisinin ixracı sahəsində də layihələrin icrasına başlayıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.

Nazir, "Bu sahədə biz regionda bir sıra ölkələrlə əməkdaşlıq edirik. Hazırda 7 qiqavat gücündə investisiya layihələrinin icrası üzrə işlər görülür",- deyərək bildirib.

Chosen
2
9
marja.az

10Sources